Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli 289 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli 289 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1429; 2017, № 4, maddə 674; 2018, № 4, maddə 812; 2019, № 6, maddə 1158; 2020, № 11, maddə 1411) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bəndin üçüncü cümləsində “1 aydan” sözləri “30 (otuz) gündən (arxeoloji ekspedisiyalarda 60 (altmış) gündən)” sözləri ilə əvəz edilsin və həmin cümlədən “hər ay” sözləri çıxarılsın;

1.2. 2.3-cü bəndə “30 (otuz) gün” sözlərindən sonra “(arxeoloji ekspedisiyalarda ən çox 60 (altmış) gün)” sözləri əlavə edilsin;

1.3. 2.9.3-cü yarımbəndə “3” rəqəmindən sonra “(arxeoloji ekspedisiyalarda 10)” sözləri əlavə edilsin;

1.4. həmin Qaydalara əlavə - “Azərbaycan Respublikasında elmi ekspedisiyalar və çöl işlərinin aparılması üzrə xərc normaları” üzrə:

1.4.1. 2-ci hissə üzrə:

1. birinci abzasa “Görüləcək (aparılacaq) işlərin adı” sütununa “3” rəqəmindən sonra “(arxeoloji ekspedisiyalarda 10)” sözləri əlavə edilsin;

2. dördüncü abzasda “Məbləğ (manatla)” sütununda “8” rəqəmi “25” rəqəmləri ilə əvəz edilsin;

1.4.2. 3-cü hissənin “Məbləğ (manatla)” sütunu üzrə:

1. ikinci abzasda “12” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilsin;

2. üçüncü abzasda “10” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilsin;

3. beşinci abzasda “5” rəqəmi “25” rəqəmləri ilə əvəz edilsin.

2. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 oktyabr 2023-cü il

№ 384

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin