Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 aprel tarixli 143 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nda, 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə, 2016-cı il 2 avqust tarixli 289 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda, 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nda və 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-сi il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 aprel tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nın 5.1.3-cü yarımbəndində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1-ci bəndin cədvəl hissəsinin “3. Malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının və keyfiyyətinin müəyyən edilməsi” bölməsi üzrə:

2.1.1. 3.9-cu, 3.15-ci, 3.17-3.20-ci sütunlarda “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;

2.1.2. 3.23-cü sütunda “bioloji fəal qida əlavələrinin” sözləri “bioloji aktiv qida məhsullarının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli 289 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qayda-ları”nın 5.3.5-ci, yarımbəndində 5.3.22-ci yarımbəndinin üçüncü cümləsində və 5.4.10-cu yarımbəndində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Verildiyi, dayandırıl-dığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nın 15-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“15. Qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara verilən idxal sağlamlıq aktı, ixrac olunan qida və yem məhsullarına verilən sağlamlıq sertifikatı.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 24.6.1-ci yarımbəndində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 yanvar 2024-cü il

№ 10

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin