Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 23 sentyabr tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 23 sentyabr tarixli 338 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1359 (Cild I) ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-4-cü hissələr ləğv edilsin.

2. 5-ci hissənin birinci abzası və 5.3-cü bənd müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:

“5. Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respubli-kasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən Formada aşağıdakı məlumatlar əks etdirilməlidir:”;

“5.3. məlumat və sənədlərin təqdim edilmə əsası;”.

3. 5.10-cu bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.11-ci bənd əlavə edilsin:

“5.11. Bu sənədin 5.1-5.10-cu bəndlərində nəzərdə tutulan məlumatları təsdiq edən sənədlər (varsa).”.

4. Aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

“6. Bu Formanın 5-ci hissəsində qeyd olunan məlumatları təsdiq edən sənədlər Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən tələb edildikdə elektron sənəd formasında tərtib olunaraq göndərilir.”.

5. Həmin Formaya əlavə - “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumatların tərtib olunma formasının Nümunəsi” üzrə:

5.1. adında “məlumatların” sözü “məlumat və sənədlərin” sözləri ilə əvəz edilsin;

5.2. “Təqdim edilmə əsası” xanasından ulduz işarəsi çıxarılsın;

5.3. cədvəldən sonrakı birinci abzas ləğv edilsin;

5.4. “Monitorinq olunmalı əməliyyata dair məlumat” xanasından sonra “Sənədlər” xanası əlavə edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 19 mart 2024-cü il

№ 171

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin