Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 29 may tarixli 120 nömrəli, “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 21 avqust tarixli 175 nömrəli, “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası haqqında” 1998-ci il 15 oktyabr tarixli 205 nömrəli, “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 21 iyun tarixli 103 nömrəli və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 289 nömrəli Fərmanının icrası haqqında” 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 361; 2001, № 7, maddə 512; 2004, № 4, maddə 287; 2006, № 5, maddə 472; 2009, № 10, maddə 852; 2014, № 6, maddə 736, № 7, maddə 922, № 12, maddə 1676; 2015, № 7, maddə 894; 2016, № 5, maddə 955, № 11, maddə 1960; 2022, № 10, maddə 1209) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” üzrə:

1.1.1. preambulada “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

1.1.2. 4-cü hissədə “ANTİİNHİSAR KOMİTƏSİNİN” sözləri “ANTİİNHİSAR ORQANININ” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərara 1, 4-9 nömrəli, 10 nömrəli (hər iki halda), 11 və 12 nömrəli əlavələrdə “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 558; 2004, № 3, maddə 193, № 9, maddə 750; 2005, № 7, maddə 665, № 10, maddə 978, № 12, maddə 1226; 2006, № 9, maddə 822, № 12, maddə 1163; 2007, № 1, maddə 49, № 10, maddə 1013; 2009, № 1, maddə 32; 2014, № 6, maddə 747; 2018, № 8 maddə 1817, № 11, maddə 2448; 2019, № 1, maddə 154; 2022, № 4, maddə 390) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın mətni üzrə ismin müvafiq hallarında “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 205 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 626; 2004, № 3, maddə 193; 2005, № 1, maddə 49; 2009, № 1, maddə 32; 2018, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası”nın 2-ci, 3-cü, 5-ci və 8-ci hissələrində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 336; 2006, № 9, maddə 822; 2008, № 5, maddə 432; 2010, № 1, maddə 49; 2016, № 4, maddələr 771, 832; 2018, № 8, maddə 1817; 2021, № 9, maddə 1084; 2022, № 11, maddə 1344) ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 4.1.3-cü yarımbəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 381; 2002, № 11, maddə 675; 2004, № 9, maddə 750, № 12, maddə 1077; 2006, № 9, maddə 822; 2007, № 2, maddə 185; 2008, № 5, maddələr 430, 432; 2009, № 9, maddələr 738, 757, № 10, maddə 857; 2014, № 1, maddə 57, № 6, maddə 747; 2015, № 5, maddə 662; 2016, № 4, maddə 833; 2018, № 4, maddə 798, № 8, maddə 1817; 2019, № 1, maddə 154; 2020, № 5, maddə 644; 2022, № 4, maddə 385) ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 4.11-ci bəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 702; 2006, № 11, maddə 990; 2019, № 3, maddə 531; 2021, № 3, maddə 282) ilə təsdiq edilmiş “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı”nın 7-ci hissəsinin “İcraçılar” sütununda “Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 avqust 2023-cü il

№ 280

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin