Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında” 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” 1993-cü il 9 mart tarixli 140 nömrəli, “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 nömrəli, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli, “Meşə təsərrüfatına dair bəzi normativ-hüquqi aktlar barədə” 1999-cu il 26 aprel tarixli 70 nömrəli və “Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları”, “Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”, “Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası” və “Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2002-ci il 15 aprel tarixli 63 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-сi il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədində profilaktik zolaq və baytar-sanitar rejiminə dair Qaydalar”ın 5.3-cü bəndinin birinci və ikinci abzaslarında “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qayda-ları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bəndin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqə-lərindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarəti ilə bağlı tədbirləri həyata keçirir.”;

2.2. 2.2-ci bənddə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

2.3. 2.22-ci bənddə “ərzaqla” sözü “qida ilə” sözləri ilə əvəz edilsin;

2.4. 4.9-cu bəndin yeddinci abzasında “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin, “və xammal” sözləri çıxarılsın.

3. “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5-ci hissədə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş 1-3 nömrəli əlavələrin cədvəlinin birinci sütununda “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin;

3.3. həmin Qərarla təsdiq edilmiş 1-3 nömrəli əlavələrin “Qeyd” hissəsi ləğv edilsin;

3.4. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavənin cədvəlinin birinci sütununda “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin və cədvəldən sonrakı mətnin birinci abzasının ikinci cümləsi çıxarılsın;

3.5. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Müalicə-profilaktika müəssisələrində bir xəstə üçün orta sutkalıq ərzaq normaları” üzrə:

3.5.1. adında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

3.5.2. cədvəldə “Ərzaqların” sözü “Qidaların” sözü ilə, “Ərzağın” sözü “Qidanın” sözü ilə əvəz edilsin;

3.5.3. “Qeyd” hissəsinin birinci abzasında “ərzaq” sözü “qida” sözü ilə, ikinci abzasında “ərzaqların” sözü “qida məhsullarının” sözləri ilə, “ərzağı” sözü “qida məhsulunu” sözləri ilə, üçüncü abzasında “Ərzağın” sözü “Qidanın” sözü ilə, hər iki halda “pəhriz ərzağı” sözləri “tibbi məqsədlər üçün hazırlanan qida məhsulu” sözləri ilə, dördüncü abzasında “ərzaqla” sözü “digər qida məhsulu ilə” sözləri ilə, beşinci abzasında “pəhriz ərzağının” sözləri “tibbi məqsədlər üçün hazırlanan qida məhsulunun” sözləri ilə əvəz edilsin və altıncı abzas ləğv olunsun;

3.6. həmin Qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “Doğum evləri (şöbələri) və uşaq xəstəxanalarında (şöbələrində) hər bir nəfərə düşən qida normaları”nın cədvəlində hər iki halda “Ərzağın” sözü “Qidanın” sözü ilə əvəz edilsin və “Qeyd” hissəsi ləğv olunsun.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal gömrük rüsumundan azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə Siyahısı”nın “8438” kodunda “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin, “və ya içkilərin” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 70 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Qaydası”nın 2-ci hissəsinin on ikinci abzasının ikinci cümləsində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il

15 aprel tarixli 63 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı”nın 2-ci hissəsinin üçüncü və dördüncü abzaslarında “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 yanvar 2024-cü il

№ 11

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin