Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakıelektrik-şəbəkə” Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası”nın təsdiq edilməsi haqqında” 2001-ci il 10 dekabr tarixli 194 nömrəli, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 2002-ci il 22 avqust tarixli 137 nömrəli, “Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərinin müəyyən edilməsi haqqında” 2002-ci il 18 dekabr tarixli 198 nömrəli, “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında” 2004-cü il 27 iyul tarixli 101 nömrəli və “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 dekabr tarixli 194 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 804; 2002, № 10, maddə 641, № 12, maddə 749; 2003, № 7, maddə 391; 2006, № 1, maddə 59, № 4, maddə 373; 2009, № 10, maddələr 846, 853, № 12, maddə 1065; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2020, № 12 (V kitab), maddə 1580) ilə təsdiq edilmiş “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bənddə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin və həmin bənddən “İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, və” sözləri çıxarılsın;

1.2. 2.3-cü bənddən “, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Vergilər Nazirliyinə” sözləri çıxarılsın.

2. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 548; 2003, № 4, maddə 225, № 7, maddə 392, № 10, maddə 616; 2004, № 5, maddə 379; 2005, № 9, maddə 853; 2007, № 2, maddə 191; 2008, № 2, maddələr 104, 112, № 6, maddə 584, № 8, maddə 788; 2010, № 4, maddə 361, № 6, maddə 566; 2012, № 3, maddə 265; 2013, № 6, maddə 728, № 8, maddə 1035; 2014, № 6, maddə 728; 2015, № 4, maddə 461, № 10, maddə 1217, № 11, maddə 1418; 2017, № 5, maddə 983; 2021, № 4, maddə 413) 7-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

3. “Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 dekabr tarixli 198 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 750; 2009, № 1, maddə 32; 2018, № 8, maddə 1817) 3-cü hissəsində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin.

4. “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli 101 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 592; 2005, № 6, maddə 558; 2006, № 1, maddə 59, № 4, maddə 370, № 9, maddə 822, № 11, maddə 1000; 2008, № 5, maddə 432; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 4, maddə 359; 2018, № 8, maddə 1817) 5-ci hissəsinin ikinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə” sözləri ilə, 7-ci hissəsinin birinci abzasında və 8-ci hissəsində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, № 1, maddə 69, № 2, maddə 201, № 7, maddə 925; 2016, № 4, maddə 772, № 5, maddə 955; 2017, № 3, maddə 478; 2018, № 3, maddə 624, № 8, maddə 1817, № 10, maddə 2174; 2020, № 6, maddə 788; 2021, № 3, maddə 301, № 9, maddə 1084, № 11, maddələr 1256, 1271; 2022, № 4, maddələr 402, 403, № 12, maddə 1533) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 7.15-ci bəndin birinci abzasında, 7.16-cı bənddə, 8.7-ci bəndin üçüncü abzasının beşinci cümləsində, 8.15-ci bəndin üçüncü cümləsində və 12.6-cı bəndin dördüncü abzasının beşinci cümləsində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

5.2. 12.1-ci bəndin üçüncü və dördüncü abzaslarında “İqtisadi İnkişaf Nazirliyinə Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 avqust 2023-cü il

№ 285

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin