Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2012-ci il 5 dekabr tarixli 278 nömrəli, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” 2019-cu il 12 aprel tarixli 163 nömrəli, “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 23 iyun tarixli 213 nömrəli, “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 2021-ci il 23 dekabr tarixli 406 nömrəli və “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 may tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 5 dekabr tarixli 278 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1342; 2019, № 4, maddə 771) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi Qaydası”nın 3-cü hissəsinə “Nazirliyi” sözündən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 757; 2020, № 5, maddə 641; 2021, № 4, maddə 408) ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın 1-ci hissəsi və 2.1-ci bəndi ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 803; 2022, № 7, maddə 810) ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 1.2.10-1-ci yarımbənd əlavə edilsin:

“1.2.10-1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;”;

3.2. 6.1.7-ci yarımbənd üzrə:

3.2.1. “Nazirliyi” sözündən sonra “, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilsin;

3.2.2. 2-ci abzasda “tabeliyində olan tibb müəssisələri vasitəsilə onların” sözləri “tabeliyində tibb müəsisələri olduqda onlar vasitəsilə həmin vəsaitlərin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1530) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci, 2.2-ci və 3.2-ci bəndlərdə ismin müvafiq hallarında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ismin müvafiq hallarında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin;

4.2. 4.1-ci bənddə “işləməyən” sözü “işləyən” sözü ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084, № 12, maddə 1566) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”na aşağıdakı məzmunda 18-ci hissə əlavə edilsin:

“18. Birliklər

18-1/ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 avqust 2023-cü il

№ 275

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin