Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub-likası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasna-mənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 880 (Cild I) ilə təsdiq edilmiş “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmə-tinin inzibati binası;”;

1.2. səkkizinci−on beşinci abzaslar onuncu−on yeddinci abzas-lar hesab edilsin və aşağıdakı məzmunda səkkizinci, doqquzuncu abzaslar əlavə edilsin:

“Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inzibati binası;”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1223 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 fevral tarixli 85 nömrəli və 12 mart tarixli 137 nömrəli qərarları) ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 2 nömrəli Əlavə - “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”ın 2-ci hissəsində “Xüsusi Dövlət Mühafizə” sözləri “Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 fevral tarixli 47 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 345 (Cild I) ilə təsdiq edilmiş “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddə “Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Feldyeger Rabitəsi Baş İdarəsi” sözləri ilə əvəz edilsin;

3.2. 1.4-cü, 3.2-ci bəndlərdə “Dövlət Mühafizə” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri ilə əvəz edilsin;

3.3. 10.5-ci bəndin birinci cümləsində “9.4-cü” sözləri “10.4-cü” sözləri ilə, 11.3-cü bənddə isə “2-ci” sözləri “3-cü” sözləri ilə əvəz edilsin;

3.4. həmin Qaydanın 1 nömrəli (hər üç halda), 2 nömrəli, 3 nömrəli və 5 nömrəli əlavələrində ismin müvafiq hallarında “Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Feldyeger Rabitəsi Baş İdarəsi” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, 19 aprel 2024-cü il

№ 216

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin