Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında” 2011-ci il 4 may tarixli 67 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 12 yanvar tarixli 5 nömrəli, “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 2 may tarixli 92 nömrəli, “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 3 iyun tarixli 211 nömrəli, “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 618 nömrəli və “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında” 2019-cu il 8 avqust tarixli 349 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 441; 2014, № 2, maddə 213; 2017, № 4, maddə 620; 2019, № 3, maddə 514, № 4, maddə 761; 2021, № 11, maddələr 1283, 1290, № 12, maddə 1533; 2022, № 4, maddə 423) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası”nın 2.1.10-cu yarımbəndində “Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 29; 2013, № 8, maddələr 999, 1033; 2014, № 5, maddə 561, № 6, maddə 747; 2016, № 8, maddə 1453, № 9, maddə 1585; 2017, № 1, maddə 122, № 5, maddə 963, № 10, maddə 1880, № 11, maddə 2185; 2018, № 3, maddə 616, № 11, maddə 2449; 2019, № 1, maddə 163, № 12, maddə 2070; 2020, № 8, maddə 1132; 2021, № 5, maddə 518, № 9, maddə 1083; 2022, № 4, maddə 386, № 8, maddə 1024) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın 5.5.2-ci yarımbəndində “Vergilər Nazirliyində” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin 6-cı hissəsinin “Dövlət orqanı” sütununda “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 may tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 466; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 2.2.3-cü yarımbəndindən “, Azərbaycan Respublikası Vergilər Nazirliyinin” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 784; 2016, № 3, maddə 616, № 4, maddə 775; 2017, № 9, maddə 1727; 2018, № 6, maddə 1371; 2021, № 4, maddə 417, № 9, maddələr 1063, 1067) ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.10-cu bənddə “Vergilər Nazirliyi (bundan sonra - Vergilər Nazirliyi)” sözləri “İqtisadiyyat Nazirliyi (bundan sonra - İqtisadiyyat Nazirliyi)” sözləri ilə əvəz edilsin;

4.2. 2.2.18-ci yarımbənddə “Vergilər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra - Dövlət Vergi Xidməti)” sözləri ilə əvəz edilsin;

4.3. 2.2.30-cu, 3.6.9.1-ci (hər üç halda) yarımbəndlərdə, 6.1-6.4-cü bəndlərdə “Vergilər Nazirliyinə” sözləri “Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;

4.4. 2.2.34-cü yarımbənddə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra - İqtisadiyyat Nazirliyi)” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

4.5. 6-cı hissədə “Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri “Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;

4.6. 6.6-cı bəndin birinci cümləsində “Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə, ikinci cümləsində “Vergilər Nazirliyinə” sözləri “Dövlət Vergi Xidmətinə” sözləri ilə və “Vergilər Nazirliyi” sözləri “Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin;

4.7. 6.8-ci bəndin ikinci cümləsində, 6.10-cu, 6.13-cü, 6.15-ci (hər iki halda), 6.16-cı (hər iki halda), 6.17-ci (hər üç halda), 6.18-ci (hər üç halda), 6.19-cu (hər üç halda) bəndlərdə ismin müvafiq hallarında “Vergilər Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin;

4.8. 6.20-ci bənddə “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

4.9. 6.23-cü bənddə “Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə və “Vergilər Nazirliyinə” sözləri “Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;

4.10. 7-ci hissədə “Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri “Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;

4.11. 7.1-7.4-cü bəndlərdə “Vergilər Nazirliyi” sözləri “Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 618 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2563; 2019, № 7, maddə 1321; 2021, № 3, maddə 279) ilə təsdiq edilmiş “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın 2.1-ci bəndində “Vergilər Nazirliyindən” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 349 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1456; 2022, № 3, maddə 271) ilə təsdiq edilmiş “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”in 2.7-ci bəndində “Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 avqust 2023-cü il

№ 283

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin