Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 3896 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 159, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068; 2020, № 2, maddə 204, № 5, maddə 652, № 7, maddə 1005, № 10, maddə 1311, № 11, maddə 1413; 2021, № 2, maddə 203, № 3, maddə 280, № 8, maddə 965, № 11, maddə 1280; 2022, № 4, maddələr 375, 379, 384, 412, № 6, maddə 686, № 7, maddə 810, № 8, maddələr 974, 1024, № 12, maddə 1552; 2023, № 1, maddə 139, № 4, maddə 583; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 aprel tarixli 129 nömrəli və 21 iyul tarixli 236 nömrəli qərarları) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 38.1.1-1-ci yarımbəndində “Regional idarələri” sözləri “Naxçıvan regional miqrasiya baş idarəsi” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 38.1.1-2-ci yarımbənd əlavə edilsin:

“38.1.1-2. Regional miqrasiya idarələri”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddələr 605, 610, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 160, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068, 2106; 2020, № 2, maddə 204, № 5, maddə 652, № 10, maddə 1306, № 11, maddə 1413; 2021, № 2, maddə 203, № 3, maddə 276, № 4, maddə 420, № 6 (IV kitab), maddə 695, № 11, maddə 1280, № 12, maddə 1508; 2022, № 4, maddələr 375, 379, 384, 412, № 5, maddə 577, № 6, maddə 686, № 7, maddə 811, № 8, maddə 1023, № 9, maddə 1083, № 12, maddə 1552; 2023, № 1, maddə 139, № 4, maddə 583; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 aprel tarixli 129 nömrəli, 21 iyul tarixli 236 nömrəli, 3 avqust tarixli 261 nömrəli və 30 avqust tarixli 294 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nın “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan:” hissəsində “Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsi” sətrindən sonra “Naxçıvan regional miqrasiya baş idarəsi” sətri əlavə edilsin. 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 6 oktyabr 2023-cü il

№ 359

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin