Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2012-ci il 13 noyabr tarixli 259 nömrəli, “Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 11 dekabr tarixli 291 nömrəli və “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 9 iyun tarixli 188 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1198; 2018, № 8, maddə 1817, 2019, № 12, maddə 2091; 2021, № 5, maddə 513) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 13-cü hissədə “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası”nın 2.1-ci bəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə” sözləri ilə, 2.3-cü, 2.5-ci bəndlərində, 2.6-cı bəndinin birinci cümləsində və 2.8.1-ci yarımbəndində “Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

1.3. həmin Qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi”nin 1.2-ci bəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə, 3.4-cü bəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 dekabr tarixli 291 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1355; 2018, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi Qaydası”nın 2.2-ci, 2.6-cı bəndlərində və 2.7-ci bəndinin ikinci cümləsində “Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 188 nömrəli Qərarında (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 742; 2016, № 12, maddə 2224; 2017, № 9, maddə 1762; 2018, № 8, maddə 1817, № 11, maddə 2448; 2021, № 5, maddə 524) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında və ikinci abzasda “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi qaydası”nın adında, 1.1-ci bəndində və həmin Qaydanın 1, 3, 4 və 5 nömrəli əlavələrinin yuxarı sağ küncündə və mətnində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 avqust 2023-cü il

№ 276

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin