Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli və “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 76, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564, № 5, maddələr 938, 967, № 6, maddə 1172, № 7, maddələr 1325, 1338, № 10, maddə 1674; 2020, № 6, maddə 783, № 10, maddələr 1282, 1299, № 12 (V kitab), maddə 1580; 2021, № 3, maddə 302, № 12, maddə 1509; 2022, № 4, maddə 414; 2023, № 5, maddə 723; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 iyun tarixli 188 nömrəli və 10 avqust tarixli 273 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissənin “d” bəndində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-11-ci və 12-1-ci” sözləri “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4-11-ci, 13-cü və 21.7-ci” sözləri ilə əvəz edilsin;

1.2. 7-ci hissənin onuncu abzasından “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin abzasda “məlumatlar” sözü “məlumat və sənədlər” sözləri ilə əvəz edilsin;

1.3. 16-cı hissənin altıncı abzasından “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın;

1.4. 33-1-ci hissə üzrə:

1.4.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“33-1. Notariuslar daşınmaz əmlakın alqı-satqısı, pul vəsait-lərinin, qiymətli kağızların və ya digər əmlakın, habelə bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı ilə əlaqədar əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən əməliyyatın predmeti olan əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin bu əməliyyatlar yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə və ya “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə bağlı həyata keçirildikdə, yaxud xarici dövlətlərin siyasi nüfuzlu şəxslərinin əmlakı ilə bağlı olduqda, bu barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.”;

1.4.2. ikinci-doqquzuncu abzaslar ləğv edilsin;

1.4.3. onuncu abzasda “Əməliyyatın tərəflərini qanunvericiliklə müəyyənləşdirilmiş qaydada dəqiq eyniləşdirmək mümkün deyilsə və ya müştəri və ya benefisiar mülkiyyətçi barədə eyniləşdirmə məlumatlarının təqdim edilməsindən imtina edilirsə, habelə müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlandıqda,” sözləri “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyə-ləşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.14-cü maddəsinə uyğun olaraq müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün olmadıqda,” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1076; 2010, № 6, maddə 548; 2013, № 6, maddə 771; 2014, № 6, maddə 740; 2015, № 1, maddə 68; 2016, № 4, maddə 794; 2018, № 7 (II kitab), maddə 1635, № 9, maddə 1938; 2022, № 3, maddə 271) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 5.4-cü bəndindən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 28 avqust 2023-cü il

№ 290

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin