Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” 2002-ci il 26 avqust tarixli 140 nömrəli, “Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə” 2003-cü il 10 iyun tarixli 80 nömrəli, “Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında” 2008-ci il 18 sentyabr tarixli 217 nömrəli, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2009-cu il 8 yanvar tarixli 5 nömrəli, “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” 2010-cu il 6 mart tarixli 45 nömrəli və “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 30 avqust tarixli 159 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 avqust tarixli 140 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 551; 2005, № 11, maddə 1076; 2009, № 10, maddə 846) 3-cü hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. “Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 10 iyun tarixli 80 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 348; 2006, № 1, maddə 59, № 7, maddə 647; 2009, № 10, maddə 846; 2014, № 1, maddə 69, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2017, № 1, maddə 125) 5-ci hissəsinin ikinci abzasından “Əmlak Məsələləri Dövlət Komitəsinə,” sözləri çıxarılsın.

3. “Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 sentyabr tarixli 217 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 864; 2009, № 1, maddə 32; 2018, № 8, maddə 1817; 2019, № 8, maddə 1469) 1.2-ci bəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2009, № 1, maddə 26; 2014, № 2, maddə 201, № 3, maddə 311; 2016, № 5, maddə 955; 2018, № 8, maddə 1817, № 11, maddə 2425; 2020, № 2, maddə 188) ilə təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı”nın 3.1-ci bəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 mart tarixli 45 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 256; 2014, № 1, maddə 69; 2016, № 10, maddə 1704; 2018, № 8, maddə 1817) 3-cü hissəsində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 avqust tarixli 159 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 768; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2018, № 8, maddə 1817; 2022, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın 2.4-cü bəndinin birinci abzasından “, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri çıxarılsın.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 avqust 2023-cü il

№ 279

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin