Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar № 39

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

Bakı şəhəri, 17 fevral 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə

"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 234-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli 1914 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49) ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 9.13-1-ci bənd əlavə edilsin:

"9.13-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.";

1.2. həmin Qaydalara 1 nömrəli əlavənin - "Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi"nin 18-ci hissəsində "9.13-cü bəndindəki" sözləri "9.13.3-cü yarımbəndindəki" sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 18-1-ci hissə əlavə edilsin:

"18-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.";

1.3. həmin Qaydalara 2 nömrəli əlavənin - "Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi"nin 17-ci hissəsində "9.13-cü bəndindəki" sözləri "9.13.3-cü yarımbəndindəki" sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 17-1-ci hissə əlavə edilsin:

"17-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.";

1.4. həmin Qaydalara 3 nömrəli əlavənin - "Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi"nin 17-ci hissəsində "9.13-cü bəndindəki" sözləri "9.13.3-cü yarımbəndindəki" sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 17-1-ci hissə əlavə edilsin:

"17-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.";

1.5. həmin Qaydalara 4 nömrəli əlavəyə - "Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi"nə aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:

"6-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin