RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİNİN 2003-CÜ İL OKTYABRIN 15-NƏ TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 1-ci bəndinə, həmçinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 178-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikası Prezidentinin seçkiləri 2003-cü il oktyabrın 15-nə təyin edilsin.
N- 1/01
14 iyun 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
sədri M.M. Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
Katibi İ.M.Nəsirov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
Katibi V.C. Mahmudov