Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №11, maddə 704; 2003, №10, maddə 563; 2004, №12, maddə 1005; 2005, №2, maddə 69; 2008, №1, maddə 8; 2012, №11, maddə 1082) ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın 2.4-cü bəndində “Qoruğu ərazisində və qoruğa” sözləri “və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində və qoruqlara” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2013-cü il. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin