Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2003-CÜ İL 4 AVQUST TARİXLİ 911 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ «İNZİBATİ VƏ YARDIMÇI VƏZİFƏLƏRİN TƏSNİFAT TOPLUSU»NA ƏLAVƏLƏR EDİLMƏSİ VƏ “AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN TİBB XİDMƏTİNİN YARADILMASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 1999-CU İL 3 FEVRAL TARİXLİ 87 NÖMRƏLİ FƏRMANININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №8, maddə 440; 2006-cı il, №3, maddə 229, №6, maddə 498; 2007-ci il, №2, maddələr 86, 101, №3, maddələr 217, 227, №7, maddə 714, №9, maddə 867, №10, maddə 948; №12, maddə 1242; 2008-ci il, №1, maddə 9) ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»na aşağıdakı əlavələr edilsin:

1.1. 3.2.2-ci bəndin ikinci abzasında “Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin rəisi” sözləri əlavə edilsin.

1.2. 3.2.3-cü bəndin ikinci abzasında “Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin rəisinin birinci müavini” sözləri, “Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin rəisinin müavini” sözləri əlavə edilsin.

1.3. 3.2.4-cü bəndin ikinci abzasında “Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin köməkçisi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin rəisinin köməkçisi,” sözləri, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətində” sözləri əlavə edilsin.

1.4. 3.4.1-ci bəndin ikinci abzasında “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətində” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikası Prezidentinin Tibb Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 fevral tarixli 87 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanuvericilik Toplusu, 1999-cu il, №2, maddə 71) qüvvədən düşmüş hesab edilsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin