Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 406; 2012, № 11, maddə 1105; 2013, № 8, maddə 905, № 10, maddə 1151; 2014, № 9, maddə 1057; 2016, № 2 (II kitab), maddə 271) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 10.7-2-ci bənd əlavə edilsin:

“10.7-2. xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin