Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 500; 2008, №11, maddə 970; 2009, №12, maddə 1053; 2011, №7, maddə 699) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissədə “strukturuna” sözü “sisteminə” sözü ilə əvəz edilsin.

2. 3-cü hissəyə aşağıdakı məzmunda birinci bənd əlavə edilsin:

“Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin