Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2008-Cİ İL 22 APREL TARİXLİ 744 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “GİRİŞ-ÇIXIŞ VƏ QEYDİYYAT” İDARƏLƏRARASI AVTOMATLAŞDIRILMIŞ MƏLUMAT-AXTARIŞ SİSTEMİ HAQQINDA ƏSASNAMƏ”YƏ ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №4, maddə 258) aşağıdakı məzmunda 11.5-ci bənd əlavə edilsin:

“11.5. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq keçirilən müsabiqələrdə iştirak etmək istəyən şəxslərin şəxsiyyət vəsiqələri üzrə məlumatlar. ”.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin