Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 26 yanvar tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının miqrasiya orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 26 yanvar tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 9) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının miqrasiya orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavinləri - II dərəcəli dövlət miqrasiya xidməti müşaviri” abzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:

“Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi - II dərəcəli dövlət miqrasiya xidməti müşaviri”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin