Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435, № 6 (I kitab), maddələr 579, 583, № 8, maddə 922, № 9, maddələr 983, 987, № 11, maddə 1212, № 12, maddə 1403; 2022, № 12, maddə 1448; 2023, № 2, maddə 219; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 iyul tarixli 2210 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası”na aşağıdakı məzmunda 4.1-1 və 4.8-1-ci bəndlər əlavə edilsin:

“4.1-1. Vətəndaşın əldə etmək istədiyi xidmətlə bağlı tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.”;

“4.8-1. Səyyar xidmət göstərilməsi zamanı tələb olunan sənədlər bu Qaydanın 4.1-1-ci bəndinə uyğun olaraq əldə edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 26 iyul 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin