Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1374; 2021, № 8, maddə 946; 2022, № 5, maddə 534; 2023, № 3, maddə 391; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 aprel tarixli 3832 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Adında “Planın” sözü “Planının” sözü ilə əvəz edilsin.

2. 5.1.2-ci yarımbəndin “Tədbirin adı” sütununda “Uşaq Məcəlləsinin” sözləri “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni qanununun” sözləri ilə, “İcra müddəti (illər üzrə)” sütununda “2021-2022” rəqəmləri “2023-2024” rəqəmləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin