Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli  146 nömrəli Sərəncamını “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə”  Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 307; 2010, № 2, maddə 80) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

 

“Komissiyanın sədri

 

Süleyman İsmayılov

 -

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Sənədlərlə və vətəndaşların

müraciətləri ilə iş şöbəsinin müdiri

Komissiyanın üzvləri:

 

Fatma Abdullazadə

 -

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Humanitar siyasət məsələləri

şöbəsinin müdiri

 

Fuad Ələsgərov

 -

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Hüquq  mühafizə orqanları ilə iş

şöbəsinin müdiri

 

Şahin Əliyev

 -

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Qanunvericilik və hüquq

ekspertizası məsələləri şöbəsinin müdiri

 

Eldar Nuriyev

 -

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri

 

Tələt Məcidov

 -

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri

 

Səadət Yusifova

 -

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Siyasi təhlil və informasiya

təminatı şöbəsinin müdiri

 

Azər Əmiraslanov

-

Azərbaycan Respublikası Prezidentinin iqtisadi

islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye

məsələləri şöbəsinin müdiri

 

Mail Rəhimov

-

Azərbaycan Respublikasının iqtisadi siyasət

məsələləri üzrə Dövlət müşavirinin xidmətinin  İqtisadi

siyasət məsələləri şöbəsinin müdiri

 

Əli Hüseynov

-

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin

müavini

 

Ataxan Paşayev

-

 

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi”.

 

2. Həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyası haqqında Əsasnamə” üzrə:

2.1. I-III hissələrin adlarının qarşısındakı rum rəqəmləri ərəb rəqəmləri ilə əvəz edilsin;

2.2. 1-ci hissə üzrə:

2.2.1. 2-ci bənddən “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnaməni,” sözləri çıxarılsın və “işə dair” sözləri “iş barədə” sözləri ilə əvəz edilsin;

2.2.2. 4-cü bənddə “Ümumi şöbənin” sözləri “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” sözləri ilə əvəz edilsin;

2.3.   3-cü hissə üzrə:

2.3.1. 1-ci bənddə “II bölməsində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz edilsin;

2.3.2.  3-cü bəndin ikinci cümləsindən “bir qayda olaraq” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

  Bakı şəhəri,  18 iyul 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin