Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №2, maddə 92; 2003-cü il, №10, maddə 585; 2004-cü il, №1, maddə 24; 2008-ci il, №5, maddə 359) 2-ci bəndinə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin, dördüncü, beşinci və altıncı abzaslar müvafiq olaraq beşinci, altıncı və yeddinci abzaslar hesab edilsin:

“həmin Qanunun 19-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 323, №12, maddə 1034; 2007-ci il, №11, maddə 1105, №12, maddə 1246) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 10.9-1-ci bənd əlavə edilsin:

“10.9-1. qanunvericiliklə nəzərdə tutulmuş hallarda mətbu nəşrlərin fəaliyyətinin müvəqqəti dayandırılması, yaxud onların istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin