AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA VƏ SƏRƏNCAMLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 429-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. «Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 27 fevral tarixli 166 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, №4, maddə 108) 1-ci bəndinin ikinci abzası çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın 8-ci bəndinin adından «və lisenziya» sözləri və 8.3-cü bəndi çıxarılsın.
3. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №4, maddə 247; 2003-cü il, №10, maddə 546; 2007-ci il, №6, maddə 601) 2-ci bəndində aşağıdakı dəyişiklik və əlavələr edilsin:
3.1. ikinci abzasında «Nazirlər Kabineti» sözləri «Prezidenti» sözü ilə əvəz edilsin;
3.2. üçüncü, altıncı, onuncu-on üçüncü və iyirmi üçüncü abzaslarında birinci və üçüncü hallarda, on beşinci abzasında, on altıncı və iyirmi dördüncü abzaslarında birinci, ikinci və dördüncü hallarda «xüsusi razılıq» sözlərindən sonra «və ya icazə» sözləri əlavə edilsin.
4. «Geodeziya və kartoqrafiya haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №7, maddə 448; 2001-ci il, №12, maddə 755; 2004-cü il, №1, maddə 19; 2007-ci il, №6, maddə 601) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
4.1. üçüncü abzasında «həmin Qanunun» sözləri «Geodeziya və kartoqrafiya haqqında» Azərbaycan Respublikası Qanununun» sözləri ilə əvəz edilsin;
4.2. ikinci abzası çıxarılsın.
5. «Hidrometeorologiya fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 747 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №8, maddə 497; 2003-cü il, №10, maddələr 546, 571; 2007-ci il, №6, maddə 601) 2-ci bəndinin ikinci abzasından «11-ci maddəsinin ikinci hissəsində və» sözləri çıxarılsın.
6. «Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 90 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №2, maddə 74; 2001-ci il, №10, maddə 640; 2003-cü il, №10, maddələr 571, 585; 2007-ci il, №2, maddə 100) 4-cü bəndində «İqtisadi İnkişaf Nazirliyi» sözlərindən sonra «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,» sözləri əlavə edilsin.
7. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 102 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №2, maddə 85; 2003-cü il, №10, maddələr 546, 582; 2007-ci il, № 8, maddə 769) 3-cü bəndi və 4-cü bəndinin ikinci abzası çıxarılsın.
8. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 102 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №2, maddə 85; 2003-cü il, №10, maddələr 546, 582; 2007-ci il, № 8, maddə 769) ilə təsdiq edilmiş «İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət geoloji ekspertizasının keçirilməsi Qaydaları»nın 1.5-ci bəndində və 2.2-ci bəndinin dördüncü abzasında «xüsusi razılığın» sözlərindən sonra «və ya icazənin» sözləri əlavə edilsin.
9. «Hidrometeorologiya fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №2, maddə 86; 2001-ci il, №12, maddə 755; 2002-ci il, №8, maddə 487; 2003-cü il, №10, maddələr 546, 585; 2007-ci il, №2, maddə 87) 3-cü bəndi və 4-cü bəndinin ikinci abzası çıxarılsın.
10. «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №3, maddə 165; 2001-ci il, №12, maddə 755) 2-ci bəndinin ikinci abzasından «20-ci maddəsinin ikinci hissəsində və» sözləri çıxarılsın.
11. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №7, maddə 423; 2003-cü il, №10, maddə 585; 2004-cü il, №8, maddə 617, №9, maddə 678; 2005-ci il, №10, maddə 910) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər edilsin:
11.1. 6.9-cu, 6.10-cu, 6.11-ci və 6.14-cü bəndlərində «lisenziyalaşdırılması qaydalarını hazırlayır, onları» sözləri «lisenziyalaşdırılmasını» sözü ilə əvəz edilsin;
11.2. 7.25-ci bəndindən «və ödənilməsi qaydalarını» sözləri çıxarılsın.
12. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 10 avqust tarixli 178 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 488; 2000-ci il, №7, maddə 498; 2001-ci il, №10, maddə 640; 2003-cü il, №10, maddə 546; 2007-ci il, № 8, maddə 769) 2-ci bəndi və 3-cü bəndinin ikinci abzası çıxarılsın.
13. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №11, maddə 622; 2002-ci il, №8, maddə 478; 2005-ci il, №4, maddə 299; 2006-cı il, №2, maddə 92) 2-ci bəndinə aşağıdakı əlavə və dəyişiklik edilsin:
13.1. ikinci abzasında «II hissəsində» sözlərindən sonra «və 10-cu maddəsinin IX hissəsində» sözləri əlavə edilsin;
13.2. üçüncü abzasında «10-cu maddəsinin IX və X hissələrində» sözləri «10-cu maddəsinin X hissəsində» sözləri ilə əvəz edilsin.
14. «Əmək miqrasiyası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 29; 2004-cü il, №1, maddə 19) 3-cü bəndi çıxarılsın.
15. «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №3, I kitab, maddə 163; 2002-ci il, №8, maddə 481) 2-ci bəndinin üçüncü abzasından «və 17-ci maddəsinin ikinci hissəsində» sözləri çıxarılsın.
16. «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli 357 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №6, maddə 436) 2-ci bəndi çıxarılsın.
17. «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 367 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №7, maddə 507) 2-ci bəndinin yeddinci abzasında «, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 36-cı bəndinə müvafiq surətdə verilmiş» sözləri «qanunvericiliklə müəyyən edilmiş» sözləri ilə əvəz edilsin.
18. «Nəşriyyat işi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 avqust tarixli 384 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 607) 2-ci bəndinin beşinci abzası çıxarılsın.
19. «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 612; 2001-ci il, № 7, maddə 462, № 10, maddə 640, №12, maddə 755; 2002-ci il, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003-cü il, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, № 1, maddələr 19, 26, № 3, maddələr 138, 141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, №11, maddə 909, № 12, maddə 1005; 2005-ci il, № 2, maddələr 67, 69, № 4, maddələr 299, 303, № 8, maddə 702, № 9, maddələr 801, 802, № 12, maddə 1101; 2006-cı il, № 2, maddə 83, № 4, maddələr 321, 322, № 5, maddə 407, № 7, maddə 590, № 8, maddələr 662, 663, 674, 675, 679, № 9, maddə 743, № 11, maddələr 942, 945; 2007-ci il, № 1, maddə 11, № 2, maddə 87, № 3, maddə 230, № 7, maddə 715, № 8, maddələr 767, 769) 3.22-ci bəndində «239-242-ci və» sözləri «239-241-ci və» sözləri ilə əvəz edilsin.
20. «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 520 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №7, maddə 457) 1-ci və 2-ci bəndləri çıxarılsın.
21. «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №8, maddə 525; 2002-ci il, №8, maddələr 485, 488) 2-ci bəndinin doqquzuncu abzasında «, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 39-cu bəndinə müvafiq surətdə verilmiş» sözləri «qanunvericiliklə müəyyən edilmiş» sözləri ilə əvəz edilsin.
22. «Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 574 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 589) 2-ci bəndinin beşinci abzasında «, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 36-cı bəndinə müvafiq surətdə verilmiş» sözləri «qanunvericiliklə müəyyən edilmiş» sözləri ilə əvəz edilsin.
23. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 576 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 591; 2003-cü il, №10, maddələr 550, 585; 2004-cü il, №1, maddə 19, №12, maddə 994; 2005-ci il, №10, maddə 910; 2006-cı il, №5, maddə 409; 2007-ci il, №6, maddə 606) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə»nin 10.37-ci və 11.10-cu bəndlərindən «geodeziya və» sözləri çıxarılsın.
24. «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 596; 2004-cü il, №1, maddə 27; 2007-ci il, №5, maddə 459) 2-ci bəndinin üçüncü abzasından «14.2-ci maddəsinin ikinci cümləsində,» sözləri çıxarılsın.
25. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 767; 2006-cı il, №12, maddə 1057) 2-ci bəndinin beşinci abzasından «və Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində» sözləri çıxarılsın.
26. «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 510 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №12, maddə 1057; 2007-ci il, №6, maddə 618) ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri»ndə (Əlavə № 2) aşağıdakı dəyişikliklər edilsin:
26.1. 31-ci bəndinin ikinci sütunundan «, gömrük daşıyıcısı, gömrük ərazisində malların emalı və gömrük ərazisindən kənarda malların emalı» sözləri çıxarılsın;
26.2. 32-ci bəndinin ikinci sütunundan «və rüsumsuz ticarət mağazalarının» sözləri çıxarılsın.
27. «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №10, maddə 590; 2005-ci il, №2, maddə 69) 6-cı bəndində aşağıdakı dəyişikliklər edilsin:
27.1. ikinci abzasında «maddəsində» sözü «və 19.5-ci maddələrində» sözləri ilə əvəz edilsin;
27.2. üçüncü abzasından «və 19.5-ci maddəsində» sözləri çıxarılsın.
28. «Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 941 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №10, maddə 546; 2005-ci il, №10, maddə 910) 16-cı və 31-ci bəndləri çıxarılsın.
29. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 974 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №10, maddə 579) ilə təsdiq edilmiş «Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydaları»nın 13-cü bəndində «xüsusi razılıqla (lisenziya)» sözlərindən sonra «və ya icazə ilə» sözləri əlavə edilsin.
30. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №10, maddə 580; 2006-cı il, №7, maddə 590) ilə təsdiq edilmiş «Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə»yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
30.1. 2.1-ci bəndində «lisenziyalaşdırma» sözündən sonra «və ya icazə» sözləri əlavə edilsin;
30.2. 2.2-ci bəndinin birinci abzasında və 2.3-cü bəndində «Lisenziyalaşdırılacaq» sözündən sonra «və ya icazə veriləcək» sözləri əlavə edilsin;
30.3. 4.2-ci bəndinin ikinci abzasında «lisenziyanın» sözündən sonra «və ya icazənin» sözləri əlavə edilsin;
30.4. 4.3-cü bəndində «Lisenziyalaşdırılan» sözündən sonra «və ya icazə verilən» sözləri əlavə edilsin;
30.5. 4.8-ci bəndində «faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarına xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları ilə» sözləri «qanunvericiliklə» sözü ilə əvəz edilsin;
30.6. 6.1-ci bəndində «lisenziyalaşdırma» sözündən sonra «və ya icazə vermə» sözləri əlavə edilsin;
30.7. 7.3-cü bəndində «lisenziyanın» və «lisenziyaya» sözlərindən sonra müvafiq olaraq «və ya icazənin» və «və ya icazəyə» sözləri əlavə edilsin;
30.8. 7.4-cü bəndində «lisenziyanın» və «lisenziyanı» sözlərindən sonra müvafiq olaraq «və ya icazənin» və «və ya icazəni» sözləri əlavə edilsin;
30.9. 7.5-ci bəndindən «, yerin təkindən istifadəyə lisenziya verilməsi Qaydalarının» sözləri çıxarılsın.
31. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №10, maddə 580; 2006-cı il, №7, maddə 590) ilə təsdiq edilmiş «Radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yerin təkindən istifadə olunması Qaydaları»nın 1.1-ci və 2.2-ci bəndlərində «xüsusi razılıq (lisenziya)» sözlərindən sonra «və ya icazə» sözləri əlavə edilsin.
32. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 556 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 235) ilə təsdiq edilmiş «Qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslərin, hərbi hissələrin, hərbi qurumların və sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan məşğul olan fiziki şəxslərin uçotunun aparılması Qaydaları»na aşağıdakı əlavələr və dəyişiklik edilsin:
32.1. 2.3.1-ci bəndində «xüsusi icazənin (lisenziyanın)» sözləri «xüsusi razılığın (lisenziyanın) və ya icazənin» sözləri ilə əvəz edilsin;
32.2. 3.3.2-ci, 3.3.3-cü, 3.3.4-cü və 4.4-cü bəndlərində ismin müvafiq hallarında «xüsusi razılıq (lisenziya)» sözlərindən sonra ismin müvafiq hallarında «və ya icazə» sözləri əlavə edilsin.
33. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №3, II kitab, maddə 190; 2001-ci il, №10, maddə 640; 2003-cü il, №9, maddə 512) ilə təsdiq edilmiş «İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları»nın 2.1-ci bəndinin beşinci abzasında, 3.5-ci bəndinin birinci abzasında və 3.8-ci bəndində ismin müvafiq hallarında «xüsusi razılıq (lisenziya)» sözlərindən sonra ismin müvafiq hallarında «və ya icazə» sözləri əlavə edilsin.
34. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №3, II kitab, maddə 190; 2001-ci il, №10, maddə 640; 2003-cü il, №9, maddə 512) ilə təsdiq edilmiş «Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yeraltı içməli sulardan istifadə Qaydaları»nın 1.2-ci bəndində «xüsusi razılıq (lisenziya)» sözlərindən sonra «və ya icazə» sözləri əlavə edilsin.
35. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 sentyabr 2008-ci il.