Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA VƏ 2000-Cİ İL 6 MART TARİXLİ 351 NÖMRƏLİ SƏRƏNCAMI İLƏ TƏSDİQ EDİLMİŞ “MİNERAL-XAMMAL BAZASININ BƏRPASI ÜZRƏ DÖVLƏT FONDU HAQQINDA ƏSASNAMƏ”DƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ “AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRLİYİ HAQQINDA ƏSASNAMƏNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2000-Cİ İL 4 FEVRAL TARİXLİ 271 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏ VƏ DƏYİŞİKLİK EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 12 MART TARİXLİ 541 NÖMRƏLİ FƏRMANININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanının 11.2-ci bəndinin icrası ilə bağlı qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 980 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585; 2006-cı il, № 9, maddə 744; 2007-ci il, № 8, maddə 769) 16-cı bəndi qüvvədən düşmüş hesab edilsin.

2. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 411 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 409; 2007-ci il, № 6, maddə 606) 4-cü bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 848; 2008-ci il, № 1, maddə 9) ilə təsdiq edilmiş “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın 2.1.2-ci, 3.1.2-ci və 3.2.2-ci bəndlərində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzdində Baş Dövlət Xəzinədarlığının” sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin” sözləri ilə əvəz edilsin.

4. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 234) 3-cü bəndi qüvvədən düşmüş hesab edilsin.

5. “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu”nun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 14 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) 3-cü bəndi qüvvədən düşmüş hesab edilsin.

6. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 dekabr tarixli 425 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 36 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1065) 4-cü bəndi qüvvədən düşmüş hesab edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3 (II kitab), maddə 190; 2001-ci il, № 10, maddə 640; 2003-cü il, № 9, maddə 512; 2008-ci il, № 9, maddə 798) ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 2.7-ci bəndində “Azərbaycan Respublikası Maliyyə Nazirliyi Baş Dövlət Xəzinədarlığının” sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin” sözləri ilə əvəz edilsin.

8. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 271 nömrəli Fərmanına əlavə və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 541 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 221) qüvvədən düşmüş hesab edilsin.

9. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 may 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin