Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA VƏ SƏRƏNCAMINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 iyun tarixli 767 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №9, maddə 187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №12, maddə 1028) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

1.1. «Gömrük Qaydalarının Pozulması və Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsinin rəisi» sözləri «Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi» sözləri ilə əvəz edilsin;

1.2. «Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri» sözləri «Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri» sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №12, maddə 1001) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı»nda «Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri» sözləri «Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri» sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 noyabr tarixli 475 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №11, maddə 937) ilə təsdiq edilmiş «Xidməti silah saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Siyahısı»nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. «Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin» sözləri «Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin» sözləri ilə əvəz edilsin;

3.2. «Naxçıvan Gömrük Komitəsinin» sözləri «Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin» sözləri ilə əvəz edilsin;

3.3. Siyahının “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin” vəzifəli şəxslərinə aid hissəsində «qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə şöbəsinin» sözləri «gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin» sözləri ilə əvəz edilsin;

3.4. Siyahının “Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük idarələrinin” vəzifəli şəxslərinə aid hissəsində «qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə şöbələrinin» sözləri «gömrük hüquqpozmalarına qarşı mübarizə şöbələrinin» sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №9, maddə 872; 2008-ci il, №3, maddələr 169, 186, №5, maddə 364, № 6, maddələr 483, 504) ilə təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»nın 4.1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

4.1. «Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin» sözləri «Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin» sözləri ilə əvəz edilsin;

4.2. «Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsinin» sözləri «Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin» sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,2 dekabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin