Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNDƏ XİDMƏT EDƏN MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT XADİMLƏRİNƏ AZƏRBAYCAN RESPUBLİKASI FƏXRİ ADLARININ VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında, ölkəmizdə hərbi vətənpərvərliyin təbliğ edilməsində, hərbi hissələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən aşağıdakı mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar verilsin: “Xalq artisti” fəxri adı Məmmədova Zümrüd Mövlud qızıRzayev Zaur Əlihüseyn oğlu “Əməkdar incəsənət xadimi” fəxri adıQurbanov Abdulla Novruz oğlu “Əməkdar artist” fəxri adıAbutalıbov Vaqif Fazil oğluAxundov Eldar Balağa oğluMəmmədov Böyükağa Şükür oğluMəmmədov Fikrət Qulamhüseyn oğluHeydər Əliyev,Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 25iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin