Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"BƏLƏDIYYƏLƏRIN SU TƏSƏRRÜFATI HAQQINDA" AZƏRBAYCANRESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI BARƏDƏƏLAVƏ TƏDBIRLƏR HAQQINDA

"Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan

Respublikası Qanununun tətbiq edilməsi barədə

əlavə tədbirlər haqqında

"Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

"Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin