Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin TƏSVİRİ

Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 7 mart tarixli Fərmanı ilə
təsdiq edilmişdir
 
 
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi qızılı haşiyəli qara dairə formasındadır. Dairənin kənarında qövs boyunca qızılı hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN”, aşağıda “TƏHLÜKƏSİZLİK XİDMƏTİ” sözləri yazılmışdır. “AZƏRBAYCAN” sözündən əvvəl və “PREZİDENTİNİN” sözündən sonra qızılı rəngdə səkkizguşəli ulduz təsvir edilmişdir.
Dairənin mərkəzində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri verilmişdir. Həmin təsvirin sol və sağ tərəflərində iti ucları aşağıda bir-biri ilə birləşən və kəsici tərəfləri dairənin kənarına baxan qızılı rəngdə iki ədəd qılınc yerləşir (rəsmi emblemin şəkli əlavə edilir).
 
 
“Azərbaycan Respublikası
Prezidentinin Təhlükəsizlik
Xidmətinin rəsmi embleminin
təsviri”nə əlavə 
 
 
 
 
 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin