Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 569 nömrəli, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 12 mart tarixli 546 nömrəli, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli və “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” 2017-ci il 4 aprel tarixli 1314 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 569 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 355; 2003, № 10, maddə 546; 2006, № 12, maddə 1049) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissə üzrə:

1.1.1. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin beşinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

1.1.2. ikinci-yeddinci abzaslar müvafiq olaraq 3.1 ̶ 3.6-cı bəndlər hesab edilsin;

1.1.3. 3.2-ci bənddə “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin.

2. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 546 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 225) 2-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839; 2017, № 9, maddə 1651; 2018, № 1, maddə 42, № 4, maddə 656, № 12 (I kitab), maddə 2569; 2019, № 5, maddə 854; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 aprel tarixli 984 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bəndə “həyata keçirilməsi,” sözlərindən sonra “kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi,” sözləri əlavə edilsin;

3.2. 2.0.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.0.5-ci yarımbənd əlavə edilsin:

“2.0.5. kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsini, habelə bu sahədə fəaliyyətin təşkilini və əlaqələndirilməsini həyata keçirir.”;

3.3. aşağıdakı məzmunda 3.0.6-1-ci yarımbənd əlavə edilsin:

“3.0.6-1. subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə monitorinqlər aparmaq, subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin etmək;”;

3.4. 5.3-cü bənddə “iki” sözü “üç” sözü ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1314 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 528) 1-ci və 3-cü hissələri ləğv edilsin.

5. Bu Fərman 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin