Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransda Respublika Hərbi Prokurorluğu, Bakı Hərbi Prokurorluğunun əməkdaşları, prokurorluğun veteranları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə qurumun inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq nurlu xatirəsini dərin ehtiramla yad ediblər.

Konfransı giriş nitqi ilə açan Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan Prokurorluğunun bir əsrlik tarixinə nəzərə salıb. Qeyd edib ki, yarandığı gündən Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təsisatı, SSRİ prokurorluğunun tərkib hissəsi kimi, həmçinin ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra uzunmüddətli və mürəkkəb inkişaf yolu keçmiş Azərbaycanın milli prokurorluq orqanları zamanın sərt imtahanlarına məruz qalsa da, sınaqlardan məharətlə çıxaraq cəmiyyətdə hörmət və etibar qazanıb. Hərbi prokuror Xanlar Vəliyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyev hüquq-mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini respublikamızda həyata keçirilən hüquqi islahatların əsas qayəsi və məqsədi kimi önə çəkib. Yüz il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində fəaliyyətə başlamış prokurorluq Ulu Öndərin hakimiyyətə qayıdışı ilə həyata keçirilən möhtəşəm və hərtərəfli islahatlar nəticəsində, hazırda tamamilə yenidən qurularaq, mütərəqqi normativ-hüquqi bazaya, demokratik məzmunlu fəaliyyət prinsiplərinə və iş metodlarına malik olan, cəmiyyətdə statusuna uyğun yerini tutmuş təsisata çevrilib.

Respublikanın hərbi prokuroru məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən hər il oktyabrın 1-nin “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd edilməsinin tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olduğunu bildirib.

Qeyd olunub ki, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də prokurorluğa dövlət qayğısı və diqqəti ən yüksək səviyyədədir. Prezidentin müvafiq fərman və sərəncamları ilə təsdiq olunmuş Dövlət proqramlarının icrası nəticəsində prokurorluq orqanlarında bütün istiqamətlər üzrə işin səmərəliliyinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilib.

Ulu Öndərin “Mən, Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” kəlamının bu gün də hər bir prokurorluq işçisinin qürur mənbəyi olmaqda davam etdiyini bildirən ədliyyə general-leytenantı Xanlar Vəliyev müstəqilliyinin 27-ci ilini yaşayan Azərbaycanın ümummilli lider Heydər Əliyev və onun ideyalarının sadiq davamçısı Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzində olduğunu, dövlət başçısının apardığı siyasətə xalqımızın tam dəstək verməsinin, iqtidar-xalq birliyinin formalaşmasının ölkəmizin əldə etdiyi və gələcəkdə qazanacağı uğurlarının təməlini təşkil etdiyini vurğulayıb.

Respublikanın hərbi prokuroru dövlət başçısı tərəfindən həyata keçirilmiş qətiyyətli addımlar nəticəsində ordumuzun qüdrətinin hər gün daha da artdığını diqqətə çatdırıb. Bildirib ki, 2016-cı ilin aprel və 2018-ci il ilin may aylarında həyata keçirilmiş uğurlu döyüş əməliyyatları nəticəsində işğal altındakı torpaqlarımızın bir hissəsinin, həmçinin Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisinin və Günnüt kəndinin azad edilməsi ordumuzun yüksək döyüş ruhunu və qabiliyyətini, torpaqlarımızı azad etməyə hər an hazır olduğunu və qələbə əzmini əyani nümayiş etdirib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Musa Quliyev və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyi və qarşıdan gələn prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə respublika hərbi prokurorluq orqanlarının əməkdaşlarının timsalında bütün prokurorluq əməkdaşlarını təbrik edərək onlara dövlətimizin və dövlətçiliyimizin cinayətkar qəsdlərdən qorunması istiqamətindəki yorulmaz fəaliyyətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, vaxtilə ulu öndər Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin prokurorluq işçilərinin əməyinə verdikləri yüksək qiymət hər bir prokurorluq işçisində xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi və iftixar hissi yaradır və onları öz fəaliyyətlərinə daha tələbkar, məsuliyyətlə yanaşmağa səfərbər edir.

Sonra Bakı Hərbi Prokurorluğunun müavini, ədliyyə mayoru Raul Şahverdiyev “Azərbaycan Prokurorluğunun yaranması və inkişaf tarixi”, Respublika Hərbi Prokurorluğunun hüquqi təminat və kadrlar şöbəsinin böyük prokuroru, ədliyyə mayoru Vüsal Əliyev “Hərbi Prokurorluğun prokurorluq orqanları sistemində rolu, prokurorluğun müasirləşdirilməsi istiqamətində aparılan hüquqi islahatlar və prokurorluq orqanlarının fəaliyyətinin hüquqi təminatı”, hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuror-metodisti, ədliyyə polkovnik-leytenantı Mehman Poladov “Milli dövlətçiliyin möhkəmləndirilməsində və müasir dövrdə təşəkkül tapmasında prokurorluq orqanlarının iştirakı”, Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi, ədliyyə polkovniki Toğrul Hüseynov “Korrupsiyaya qarşı mübarizə prokurorluğun prioritet fəaliyyət istiqaməti kimi” mövzularında çıxışlar ediblər.

Konfransa yekun vuran respublika hərbi prokuroru Xanlar Vəliyev prokurorluq orqanları işçilərinin qarşıdan gələn peşə bayramı günü və prokurorluğun yaradılmasının 100 illiyi münasibətilə prokurorluq orqanlarının hər bir işçisini, veteranları və onların ailə üzvlərini bir daha təbrik edərək, prokurorluğun yüksək mövqe tutan bir qurum kimi formalaşmasında Ulu Öndərin misilsiz xidmətlərini minnətdarlıqla vurğulayıb. Prokurorluq orqanlarından yüksək diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyevə dərin ehtiramını bildirərək əmin edib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu bundan sonra da Silahlı Qüvvələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı mübarizədə barışmaz mövqe tutacaq, insan amili ilə bağlı hər bir məsələdə həssaslıq göstərəcək. Hərbi prokurorluğun əməkdaşları dövlətimizin əbədi yaşaması, xalqımızın rifahı naminə Heydər Əliyev ideallarına sədaqət nümayiş etdirəcək, qanunla üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

Tədbirdə xidməti fəaliyyətində fərqlənən bir qrup əməkdaş müxtəlif medallarla təltif olunub, həmçinin prokurorluğun veteranlarına hədiyyələr təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir VİDEO

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb