RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİ KONTİNGENTİNİN BEYNƏLXALQ KOALİSİYA QÜVVƏLƏRİ TƏRKİBİNDƏ İRAQDA SÜLHMƏRAMLI ƏMƏLİYYATLARDA İŞTİRAK ETMƏSİNƏ RAZILIQ VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxaraq, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 16-cı bəndinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin beynəlxalq koalisiya qüvvələri tərkibində İraqda sülhməramlı əməliyyatlarda iştirak etməsinə razılıq verilsin.
M.Ələsgərov
Azərbaycan Respublikası
Milli Məclisinin sədri
Bakı şəhəri, 7 may 2003-cü il