RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN HƏRBİ QULLUQÇULARINA ALİ HƏRBİ RÜTBƏLƏRİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilmiş hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
General-leytenant hərbi rütbəsi:
-Azərbaycan Respublikasının Hərbi komissarı
general-mayor Əliağa İzzət oğlu Hüseynova
General-mayor hərbi rütbəsi:
-Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və
Avratlantik İnteqrasiya İdarəsinin rəisi
polkovnik Ramiz Məmmədnəbi oğlu Nəcəfova
-Silahlı Qüvvələrin Hərbi Akademiyası rəisi vəzifəsinin icraçısı
polkovnik Nəcəf Şirin oğlu Qəmbərova
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2006-cı il.