SİYASƏT
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri İtaliyanın San-Remo şəhərində səfərdə olacaqlar
Bakı, 31 may (AZƏRTAC). Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iyunun 4-dən 7-dək İtaliyanın San-Remo şəhərində səfərdə olacaqlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi bu şəhərdə keçiriləcək “Tərəfdaşlıq təlim və tədris mərkəzlərinin işçi qrupunun 2-ci görüşü”ndə iştirak etməkdir.