Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI VƏ LATVİYA RESPUBLİKASI ARASINDA 2009-CU İL AVQUSTUN 10-DA BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ SƏNƏDLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Latviya Respublikası arasında 2009-cu il avqustun 10-da Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş;

1.2. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş;

1.3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Latviya Respublikasının Patent İdarəsi arasında sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiyanın mübadiləsi haqqında Anlaşma Memorandumu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Latviya Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin