Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI VƏ MACARISTAN RESPUBLİKASI ARASINDA 2008-Cİ İL İYULUN 7-DƏ BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ SƏNƏDLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında 2008-ci il iyulun 7-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Macarıstan Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş;

1.2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Macarıstan Respublikasının Nəqliyyat, Telekommunikasiyalar və Enerji Nazirliyi arasında informasiya texnologiyaları və rabitə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

1.3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Macar Mərkəzi Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Macarıstan Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin