Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI VƏ RUSİYA FEDERASİYASI ARASINDA 2008-Cİ İL İYULUN 3-DƏ BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ SƏNƏDLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2008-ci il iyulun 3-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında tranzit yüklərin mühafizəsinin təmin olunması sahəsində qarşılıqlı fəaliyyət haqqında Memorandum;

1.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş;

1.3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti (Rusiya FGX) arasında gömrük hüquqpozmaları ilə mübarizəyə dair əməkdaşlıq haqqında Saziş;

1.4. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Rusiya Federasiyasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyi arasında dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində əməkdaşlığa dair Memorandum.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.4-cü bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.4-cü bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Rusiya Federasiyası tərəfini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin