Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI VƏ SURİYA ƏRƏB RESPUBLİKASI ARASINDA 2009-CU İL İYULUN 8-DƏ BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ SƏNƏDLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Suriya Ərəb Respublikası arasında 2009-cu il iyulun 8-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu;

1.2. Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Saziş;

1.3. Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında elektrik enerjisi və bərpa olunan enerji sahəsində Anlaşma Memorandumu;

1.4. Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş;

1.5. Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş;

1.6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Suriya Ərəb Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu;

1.7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Suriya Ərəb Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Niyyət Protokolu;

1.8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Suriya Ərəb Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş;

1.9. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Suriya Ərəb Respublikasının Sənaye Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

1.10. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Suriya Ərəb Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Saziş;

1.11. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Suriya Ərəb Respublikasının Ali Təhsil Nazirliyi arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş;

1.12. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi arasında ümumi təhsil sahəsində əməkdaşlıq haqqında Saziş;

1.13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Suriya Ərəb Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş;

1.14. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Suriya Ərəb Respublikasının Kənd Təsərrüfatı və Aqrar İslahatlar Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

1.15. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Suriya Gəmiçilik Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu;

1.16. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası və Suriya Ərəb Respublikasının Əl-Əsəd Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandum.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1.1-ci bəndində göstərilən Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Sərəncamın 1.1-1.16-cı bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.16-cı bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Suriya Ərəb Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin