Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI VƏ TÜRKMƏNİSTAN ARASINDA 2008-Cİ İL MAYIN 19-DA BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ SƏNƏDLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Türkmənistan arasında 2008-ci il mayın 19-da Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında Saziş;

1.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Türkmənistanın Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş;

1.3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Türkmənistanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol;

1.4. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və Türkmənistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Saziş.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.4-cü bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.4-cü bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkmənistan tərəfini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin