Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI VƏ UKRAYNA ARASINDA2008-Cİ İL MAYIN 22-DƏ KİYEV ŞƏHƏRİNDƏ İMZALANMIŞ SƏNƏDLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Ukrayna arasında 2008-ci il mayın 22-də Kiyev şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında dövlət qulluğunun inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş;

1.2. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında informatizasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş;

1.3. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Dövlət Komissiyası arasında qarşılıqlı Anlaşma Memorandumu;

1.4. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2012-ci illər üzrə əməkdaşlıq haqqında Protokol;

1.5. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Ukraynanın Ailə məsələləri, Gənclər və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahəsində 2008-2009-cu illər üçün əməkdaşlıq Proqramı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.5-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.5-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Ukrayna tərəfini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin