Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

«AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN 10 İLLİYİ (2000-2010)» AZƏRBAYCAN RESPUBLİKASININ YUBİLEY MEDALI HAQQINDA ƏSASNAMƏ

Azərbaycan Respublikasının

2009-cu il 29 dekabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

1. «Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)» Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarında xidmətdə yüksək nəticələr əldə edən, vergi sisteminin inkişafında fəal iştirak edən və xüsusi xidmətləri olan vergi orqanlarının əməkdaşları təltif edilirlər.

2. «Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)» Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

3. «Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)» Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin