Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

«AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN 10 İLLİYİ (2000-2010)» AZƏRBAYCAN RESPUBLİKASININ YUBİLEY MEDALININ TƏSVİRİ

Azərbaycan Respublikasının

2009-cu il 29 dekabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

«Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)» Azərbaycan Respublikasının yubiley medalı dairəvi formadadır.

Medalın diametri 36 mm-dir, hər iki üzü qızılı rəngli dairəvi metal lövhədən ibarətdir. Medalın üz tərəfində dairənin yuxarı qövsü boyunca «AZƏRBAYCAN RESPUBLİKASI», aşağı qövsü boyunca «VERGİLƏR NAZİRLİYİ» sözləri həkk olunmuşdur. Dairənin mərkəzində «10» rəqəmi və «il» sözündən ibarət emblem, habelə emblemdən aşağıda «2000-2010» rəqəmləri həkk olunmuşdur.

Medalın arxa tərəfi hamar səthlidir və mərkəzdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı və onun üstündə «10 İLLİYİ» sözləri, habelə dairənin yuxarı qövsü boyunca «AZƏRBAYCAN RESPUBLİKASI», aşağı qövsü boyunca «VERGİLƏR NAZİRLİYİNİN» sözləri həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 45 mm ölçüdə metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə hər iki tərəfdən paralel olaraq mavi, qırmızı və yaşıl rənglərdən ibarət yuxarıdan aşağıya doğru hər birinin eni 4 mm olan zolaqlardan, mərkəz hissədə isə eni 13 mm olan tünd göy rəngli zolaqdan ibarətdir. Medalın lövhəsinin mərkəzindəki tünd göy rəngli zolağın mərkəzində yuxarıdan aşağıya doğru eni 2 mm olan qızılı rəngdə zolaq vardır.

Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və lövhə ilə eyni tərtibatda olan 37 mm x 10,3 mm ölçülü qəlib əlavə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin