Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN 10 İLLİYİ (2000-2010)” AZƏRBAYCAN RESPUBLİKASININ YUBİLEY MEDALININ, “VERGİ ORQANLARINDA XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” VƏ “VERGİ ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ” AZƏRBAYCAN RESPUBLİKASININ MEDALLARININ TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” və “Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalları təsis edilsin.

II. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 23, maddə 996; 1993-cü il, № 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 251; 2003-cü il, № 12, I kitab, maddə 677; 2005-ci il, № 4, maddə 291; 2006-cı il, № 10, maddə 846; 2007-ci il, № 3, maddə 213; 2008-ci il, № 6, maddələr 452, 472; 2009-cu il, № 1, maddə 4, № 7, maddə 515) 2-ci maddəsinin on doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda iyirminci-iyirmi ikinci abzaslar əlavə edilsin:

“Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı;

“Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı;

“Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı.”.

III. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

IV. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).

V. “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

VI. “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri təsdiq edilsin (əlavə olunur).

VII. “Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

VIII. “Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medalının təsviri təsdiq edilsin (əlavə olunur).

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2009-cu il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin