Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən qərara alıram:

1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həftələrarası istirahət günlərində də şəxsiyyət vəsiqəsinin verilməsini və ya dəyişdirilməsini təmin etmək məqsədi ilə şəxsiyyət vəsiqəsi verən yerli orqanları üçün optimal iş qrafikini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin