Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ ŞƏXSİYYƏT VƏSİQƏSİ HAQQINDA” VƏ “AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ ŞƏXSİYYƏT VƏSİQƏSİ NÜMUNƏSİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARINA DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 142; 2002-ci il, № 6, maddə 328; 2004-cü il, № 7, maddə 505; 2006-cı il, № 12, maddə 1033; 2007-ci il, № 1, maddə 4) 3-cü maddəsinin birinci hissəsində “və verilmə tarixi” sözləri “, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin.

II. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 142; 1999-cu il, № 1, maddə 1) aşağıdakı əlavələr edilsin:

1. həmin Qanunla təsdiq edilmiş Şəxsiyyət vəsiqəsinin təsvirində:

1.1. “a” bəndinin üçüncü abzasında “Vəsiqənin verilmə tarixi” sözlərindən sonra “Etibarlıdır” sözü əlavə edilsin;

1.2. “b” bəndinin dördüncü abzasında “Vəsiqə sahibinin imzası” sözlərindən sonra “Etibarlıdır” sözü əlavə edilsin;

2. həmin Qanunla təsdiq edilmiş Şəxsiyyət vəsiqəsinin eskizlərinin arxa tərəfinə “Vəsiqənin verilmə tarixi” sözlərinin altında “Etibarlıdır” sözü əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin