Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

                                                                     Azərbaycan Respublikasının 2013-cü il

                                                              30 aprel tarixli 631-IVQD nömrəli

                                                       Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2013-cü il avqustun 23-dək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xidmətin fəaliyyətində fəal iştirak edən mülki işçilər və ya Xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə Xidmətin fəaliyyəti ilə bağlı layiqli və fəal xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrinin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin