Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

                                                             Azərbaycan Respublikasının 2013-cü il

                                                      30 aprel tarixli 631-IVQD nömrəli

                                                Qanunu ilə təsdiq edilmişdir

1. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.

2. Relyefli şüalar fonunda, medalın mərkəzində yerləşdirilmiş gümüşü rəngli səkkizguşəli ulduzun orta hissəsində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir edilmişdir. Qövs boyunca “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri, aşağı hissədə “1993-2013” rəqəmləri həkk olunmuşdur.

3. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

4. Bütün yazılar və təsvirlər qabarıqdır.

5. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı tünd qırmızı rəngli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Xara lentin aşağı və yuxarı hissələrinə eni 5 mm olan qızılı təbəqə bərkidilmişdir.

6. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin