Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiy­yətlərə görə və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının peşə bayramı günü münasibətilə Xüsusi Dövlət Mühafizə Xidmətinin aşağı­da adları göstərilən hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:

“Vətən uğrunda” medalı ilə:

Bəşirov Ruslan Leytenant oğlu - polkovnik

Kərimov Sabir Polad oğlu - polkovnik

Dadaşov Rauf Tofiq oğlu - polkovnik-leytenant

Hüseyn-zadə Roman Ernestoviç - polkovnik-leytenant

Nuriyev Mehman Abbas oğlu - polkovnik-leytenant

Novruzov Vasif Usub oğlu - polkovnik-leytenant

“İgidliyə görə” medalı ilə:

Usubov Cəbrayıl Fridun oğlu - general-mayor

Məmmədov İsmayıl Yaşar oğlu - polkovnik-leytenant

Abdullayev Ruslan Ağasalah oğlu - mayor

Mansurov Fuad Oktay oğlu - mayor

Vahabov Nazim Mir-Lətif oğlu - mayor

Nəsirov Fuad Polad oğlu - kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə:

Abdullayev Eldar Əziz oğlu - polkovnik-leytenant

Məmmədov İsrafil Əhməd oğlu - polkovnik-leytenant

Məmmədov Mübariz Hacıbaba oğlu - polkovnik-leytenant

Aslanov Sabir Aslan oğlu - mayor

Əliyev Elçin Qədir oğlu - mayor

Heydərov Elnur İbrahim oğlu - mayor

Salmanov Rasim Firudin oğlu - mayor

Seyfullayev Elşən Baxış oğlu - mayor

Xudiyev Aydın Qurban oğlu - kapitan

Kərimov Ceyhun Nadir oğlu - tibb xidməti mayoru

Cahangirov Nəsib Babaxan oğlu - baş leytenant

Xanlarov Bəşir Rəşid oğlu - baş leytenant

Qasımov Elnur Varis oğlu - leytenant

Quliyeva Elmira Paşa qızı - gizir

Salmanov Eldar Ədalət oğlu - gizir

Süleymanov Qəzənfər Güleyman oğlu - gizir

Həsənov Şahin Dağlar oğlu - baş çavuş

Xankişiyev Kərim Daməd oğlu - ehtiyatda olan baş çavuş

Əsgərov Pərvin Namiq oğlu - əsgər (ölümündən sonra)

“Tərəqqi” medalı ilə:

İskəndərov İdris Müseyib oğlu - qulluqçu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 avqust 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin